daha da zəngin (varlı, dövlətli)

* better off богаче
daha bəsdir! (bitdi!, qurtardı!, bəsdir!)
daha güclü (bic)
OBASTAN VİKİ
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
İsgəndər Dövlətli
İskəndər Dövlətli
Aliyə Dövlətli
Aliyə Dövlətli (29 sentyabr 2000, Sumqayıt, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Sumqayıt" klubunun yarımmüdafiəçisi. Aliyə Dövlətli futbol ictimaiyyətində həmçinin Aliyə Hüseynova olaraq tanınır. "Sumqayıt" klubunun yetirməsidir. 2009-cu ildən 2011-ci ilə qədər uşaq yaş qrupu üzrə, "Sumqayıt" formasını geyinib. 2011-ci ildə, peşəkar futbola başladı. 2013/2014 mövsümündə, "Sumqayıt" klubu ilə, çempionluq əldə etdi. 2014/2015-ci illərdə, çempionluğun ardından 3-cülük əldə etdi. 2016/2017-ci illərdə isə, bu nailiyyət təkrarlandı, yenidən 3-cülük əldə etdi. Çox keçmədən, 2017/2018-ci illər yenə də, "Sumqayıt"la birlikdə çempionluq əldə etdi.
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Sefa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Səfa Zəngin
Səfa Zəngin (türk. Sefa Zengin; 26 may 1968, Malatya ili) — Türkiyənin teatr, kino, serial aktyoru və səsləndirmə sənətçisi. 1995-ci ildə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. 1994-2001-ci illərdə Dormen Teatrında peşəkar aktyor kimi çalışıb. İstanbul Bilgi Universitetinin aktyorlarından ibarət Teatr Kandela tərəfindən səhnələşdirilən "Karmakarşık", "Popcorn", "Kare As" və "Oyun" tamaşalarına quruluş verib. O , 2003-2004-cü illərdə rol aldığı Qurdlar Vadisi serialında oynadığı psixoloji problemləri olan Ərdal Kömürcü personajı ilə böyük kütlənin rəğbətini qazandı. İstanbul Teatrında "İkinin biri", Aktyorlar Teatr Qrupunda "Troyalı Kadınlar", Volkan Severcan Yapımda "Korkuyorum Sevgilim" adlı tamaşalarda rol aldı. O, teatr və effektiv danışıq texnikasını öyrətməklə yanaşı, serial, film, reklam, sənədli və bədii filmləri səsləndirməkdədir. Hazırda Şahnəkarlar Teatrında "Canlı yayım" və "Bavul" tamaşalarında oynamaqdadır.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək Orconikidze) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsini 1927-ci ildə indiki Aşağı Çaykənd kəndindən köçmüş ailələr binə yerində salmışlar. Əvvəllər Buxarin, bir müddət Novaya Zarya, 1929-cu ildən isə Orconikidze adlanırdı. 1990-cı ildə rəmzi olaraq indiki ad verilmişdir.
Varlı adamlar
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10; 56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ — ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
İkinci Varlı
İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur. Aran iqtisadi rayonuna xas olan pambıqçılıqla da kənddə məşğul olurlar. 24-02-2016 Salyan rayonunda 1000 nəfərdən çox əhalinin yaşadığı İkinci Varlı kəndinə mavi yanacağın verilməsinə başlanılıb. 200 abonenti olan kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 min 220 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kənddə II Varlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Muharrem Varlı
Məhərrəm Varlı (22 aprel 1969, Ceyhan, Adana ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Məhərrəm Varlı 22 aprel 1969-cu ildə Adana ilinin Ceyhan ilçəsində anadan olub. Səlcuq Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Sərbəst işlə məşğul olub. Uzun illərdir MHP üzvüdür. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının və TBMM Müraciət Komissiyasının üzvü vəzifələrində təmsil olunub. 28-ci çağırışda TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının sədr müavini olub. Evli və 2 uşaq atasıdır.
Məhərrəm Varlı
Məhərrəm Varlı (22 aprel 1969, Ceyhan, Adana ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Məhərrəm Varlı 22 aprel 1969-cu ildə Adana ilinin Ceyhan ilçəsində anadan olub. Səlcuq Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Sərbəst işlə məşğul olub. Uzun illərdir MHP üzvüdür. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının və TBMM Müraciət Komissiyasının üzvü vəzifələrində təmsil olunub. 28-ci çağırışda TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının sədr müavini olub. Evli və 2 uşaq atasıdır.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Zəngin mətn formatı
Zəngin mətn formatı (ing. Rich Text Format RTF) — əksər mətn redaktorlarının dəstəklədiyi fayl formatı. Müxtəlif platformalarda (məsələn, Apple Macintosh və IBM-uyumlu kompüterlərdə) işlədiyindən formatlanmış mətn sənədlərini tətbiqi proqramlar arasında ötürmək üçün bu formatdan istifadə edilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bir rumka daha
Bir rumka daha (dan. Druk, ing. Another Round) — danimarkalı rejissor Tomas Vinterberqin 2020-ci ildə ekranlara çıxan filmi. Qırx yaşlarında olan dörd məktəb müəllimi hər gün bir az spirtli içki içməyin onları daha yaradıcı edə biləcəyi fikrini sınaqdan keçirməyə qərar verir. Bununla belə, çox içirlər və hər şey öz axarından çıxır. Mads Mikkelsen — Martin Thomas Bo Larsen — Tommy Magnus Millang — Nikolaj Lars Ranthe — Peter Maria Bonnevie — Anika Helene Reingaard Neumann — Amalie Susse Wold — Direktor Magnus Sjørup — Jonas Silas Cornelius Van — Kasper Albert Rudbeck Lindhardt — Sebastian Martin Greis-Rosenthal — Overtjener Frederik Winther Rasmussen — Malthe Aksel Vedsegaard — Jason samuelgoldwynfilms.com/a… — Bir rumka dahanın rəsmi saytı Another Round — Internet Movie Database saytında.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Babilin Ən Varlı Adamı
Babilin ən varlı adamı, Corc S. Cleyon-un 1926-cı il kitabıdır ki, bu, Qədim Babildə 4000 il əvvəl təyin olunan məsəllər toplusu vasitəsilə maliyyə tövsiyələrini bölüşdürən bir kitabdır. Kitab məsəllərin ilkin nəşrindən təxminən bir əsr sonra çapda qalır və şəxsi maliyyə məsləhətlərinin klassiki kimi qəbul edilir. == Fon == Nümunələri "Babilin ən zəngin adamı" olmuş kasıb mirzə Arkad adlı uydurma Babil personajı danışır. Arkadın məsləhətlərinə "Yeddi Müalicə" (yaxud pul və sərvət yaratmaq yolları) və "Qızılın Beş Qanunu" (yaxud sərvəti necə qorumaq və investisiya etmək) daxildir. Arkadın məsləhətlərinin əsas hissəsi "əvvəlcə özünüzə ödəyin", "öz imkanlarınız daxilində yaşamaq", "bildiyinizə sərmayə qoymaq", "uzunmüddətli qənaət" və "ev sahibi olmaq"dır. Məzmun 1920-24-cü illərdə ABŞ bankları və sığorta şirkətləri tərəfindən paylanmış bir sıra broşürlərdəndir; broşuralar bir-birinə bağlandı və 1926-cı ildə kitab şəklində nəşr olundu. Kitaba tez-tez şəxsi maliyyə məsləhətlərinin klassiki kimi istinad edilir, və şəxsi maliyyə məsləhətləri və sərvətlərin idarə edilməsi ilə bağlı müasir tövsiyə olunan oxu siyahılarında görünür. Satılan 2 milyon nüsxə ilə ilk nəşrindən təxminən 90 il sonra çap edin. Klason özü 1930-cu ildə "Babilin Ən Zəngin Adamı və Digər Hekayələr" adlı illüstrasiyalı cildli nəşri nəşr etdirdi və bu nəşr indi 1250 ABŞ dollarına satılır. Kitabın qeyri-adi quruluşu məsəllər haqqında əlavə müzakirələr və anlayışlar təmin edən bir çox müasir törəmə əsərlərə ilham verdi.
Bir klubdan daha artıq
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır. İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır". 17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.
Daha yaxşı gələcək (Bəhrani)
Daha yaxşı gələcək — Əbdüləzim əl-Mühtədi əl-Bəhraninin kitabı. Bu kitab əksər insanları maraqlandıran və çox aktual olan ailə məişət mövzularına aid suallardan və onlara verilən cavablardan ibarətdir. Müəllif ona verilən suallar əsasında bu kitabı tərtib etmişdir. Bu suallar elə dəqiqliklə seçilmişdir ki, hər bir oxucu onların içində özünə aid olan bir çox mətləbləri tapacaq və bu kitabın sanki özü üçün yazıldığını hiss edəcəkdir. Kitabın əhatə etdiyi suallar insan həyatını tam çılpaqlığı ilə göz önünə gətirir və onlara verilmiş dəqiq cavablarla da oxucuya suallarla dolu həyatda nə cür davranacağını göstərir. Kitab 2012-ci ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında I cildi 160, II cildi isə 176 səhifədə 60x90 ölçüsündə çap edilib. Bəla və səbir (Şəhid Sani) "Daha Yaxşı Gələcək (I cild)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Məni daha gözləmə (mahnı)
Varlı-Həyat mis təzahürü
Seksdən daha yaxşı (tort)
Seksdən daha yaxşı (ing. Better than sex cake) — ananas tərkibli süngər kekindən, qatlı vanil kremindən və kokos səpilmiş şəkərli kremdən ibarət ABŞ tortu. Şokoladlı tort qarışığı, karamel içliyi və əzilmiş iris istifadə edən versiyalar da oxşar adlarla tanınır. Süngər keki tez-tez hazır qarışıqdan yoğrulur. Tort adətən bir qızartma qabda bişirilir. Tortun nəmli mərkəzi adətən tort təbəqəsini çəngəllə bir neçə dəfə deşib, sonradan deşikləri ananas suyu və ya şərbətlə doldurmaqla yaradılır. Sonra tort soyudulur və soyuq formada yeyilir. 1990-cı ilə qədər bir neçə versiya mövcud idi. Əsas tort resepti tortu hazırlayan şəxsin zövqündən asılı olaraq dəyişdirilmişdir və alternativ dəyişikliklərə şokolad, banan və ya konfet daxildir. Kanzasda yaradılmış 1998-ci il versiyasında şokoladlı keks qarışığı, qatılaşdırılmış süd, karamelli dondurma və xırdalanmış iris istifadə olunurdu.